İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” neftinin qiyməti martın 2-də əvvəlki göstərici ilə müqayisədə 4,2 dollar artaraq 116,1 dollar/barel təşkil edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı cümə axşamı ölkənin neft və qaz sahəsindəki mənbə yayıb.
Türkiyənin Ceyhan limanında FOB bazasına əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,26 dollar artaraq 114,02 dollar təşkil edib.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin 1 barelinin dəyəri əvvəlki göstəricidən 4,35 dollar artaraq 91,53 dollar olub.
Şimal dənizində hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 2-də əvvəlki göstəricidən 4,38 dollar artaraq 117,3 dollar/barel təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:44 / 03.03.2022
Azərbaycan neftinin qiyməti 116 dolları ötdü
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 116 dolları ötdü
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 116 dolları ötdü
62901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.