Azərbaycanla sülh sazişi ilə bağlı Paşinyandan MÜHÜM AÇIQLAMA

Azərbaycanla sülh sazişi ilə bağlı Paşinyandan MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanla sülh sazişi ilə bağlı Paşinyandan MÜHÜM AÇIQLAMA

62892

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sülh sazişinin bağlanması üçün danışıqlara başlamaq məsələsi gündəmdədir. 

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, o, bunu diplomat günü və Ermənistanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə deyib.

"Xüsusi nümayəndələr səviyyəsində Ermənistan-Türkiyə dialoqu başlayıb, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlamaq məsələsi gündəmdədir", - Paşinyan ölkənin xarici siyasət vəzifələrinə toxunaraq bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək – KOMİSSİYA QƏRAR VERDİ


Bu kontekstdə Ermənistan tərəfi üçün prioritet Qarabağ münaqişəsinin həllidir. İrəvan dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin irəli sürdüyü prinsiplər və elementlər əsasında problemin həllini necə gördüyünü bildirib.

"Artsaxda (Qarabağda qondarma rejim) yaşayan ermənilərin hüquqlarının tam müdafiəsi xarici siyasət gündəmimizin ən mühüm məsələlərindən biridir", - baş nazir əlavə edib.

O, Ermənistanın hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu və xarici siyasət gündəliyində duran bir çox digər məsələlərlə bağlı fəal dialoq apardığını vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO