Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qərarı verilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı martın 2-də Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə istintaq orqanının vəsatətinə baxılıb.
MÖVZU İLƏ BAĞLI:
Müdafiə Nazirliyində iri maliyyə dələduzluğu: 4 yüksək rütbəli zabit həbs edildi
Hakim vəsatəti təmin edib və Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.
Bizim.Media