Marneuli meriyası Novruz bayramı ilə bağlı tədbirlərin keçirilməsi üçün tender elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına Marneuli merinin müavini Temur Şubitidze məlumat verib.
Onun sözlərinə görə, Novruz bayramının təntənəli şəkildə keçirilməsi planlaşdırılır və bunun üçün Marneuli meriyasının büdcəsindən 60-70 min lari xərclənəcək:
"Bayramın qeyd olunması üçün artıq tender elan olunub və 11 mart tarixində başa çatacaq. Bayramla bağlı bir çox planlarımız var. Şənliyin dəqiq hansı gün keçiriləcəyi hələ ki bilinmir, lakin 18-22 mart tarixləri ərəfəsində keçiriləcək və bunun üçün büdcədən 60-70 min lari xərclənməsi nəzərdə tutulub.
Sözügedən tender vasitəsilə Marneuli rayon mərkəzində konsert keçirilməsi, təbrik bannerlərinin yerləşdirilməsi, bayramla bağlı müxtəlif adət-ənənələrin yerinə yetirilməsi, həmçinin, rayonun xüsusi işıqlarla bəzədilməsi və xüsusilə 26 may küçəsində yerləşən meydana böyük səməni yerləşdirilməsi planlaşdırılır.
Hazırda dünyada gedən bəzi proseslərin buna maneə törətməyəcəyinə ümid edirəm, buna Şərqi Avropadakı gərginlik və pandemiya da daxildir. Əgər planda hər hansı dəyişiklik baş verərsə, bayram yenə də qeyd olunacaq, lakin qismən fərqlilik olacağı istisna olunmur", - deyə T. Şubitidze bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:12 / 02.03.2022
Marneuli meriyası Novruz bayramı ilə bağlı tender elan etdi
Hazırda oxunan: Marneuli meriyası Novruz bayramı ilə bağlı tender elan etdi
Hazırda oxunan: Marneuli meriyası Novruz bayramı ilə bağlı tender elan etdi
62771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.