Rus klublarına verilən cəza Mixtaryana niyə tətbiq olunmamışdı? – Ekspertdən CAVAB

Rus klublarına verilən cəza Mixtaryana niyə tətbiq olunmamışdı? – Ekspertdən CAVAB

Hazırda oxunan: Rus klublarına verilən cəza Mixtaryana niyə tətbiq olunmamışdı? – Ekspertdən CAVAB

62517

“Azərbaycan hər zaman ikili standartlarla qarşılaşıb. Tək idmanda yox, eləcə də digər sahələrdə bu problemlərə rast gəlinib. Yəqin ki, bundan sonra da belə olacaq”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində “qol.az” saytının baş redaktoru, idman eksperti Aydın Bağırov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

FIFA və UEFA Rusiyanı bütün yarışlardan kənarlaşdırdı


Belə ki, Rusiya millisinin və klublarının beynəlxalq futbol turnirlərindən uzaqlaşdırılmasını şərh edən ekspert sözügedən qərarın qəbulunu zəruri edən səbəblərə də toxunub:

“Konkret bu situasiyada FİFA və UEFA-nın nizamnamələrində bir ölkə digərinin ərazisini işğal edərsə, ona sanksiya tətbiq edilməlidir deyə bir bənd yoxdur. Əgər elə bir müddəa olsa idi, gərək Ermənistana da tətbiq olunardı. Məsələ bundan ibarətdir ki, Rusiyanın hərbi əməliyyatlarına qarşı cəsarətli Ukrayna xalqı layiqli cavab verir, lakin bu yetərli deyil”. 

Aydın Bağırovun sözlərinə görə, indiki situasiyada beynəlxalq sanksiyaların tətbiqi vacibdir və siyasi, yaxud da idman təşkilatı olmasından asılı olmayaraq bu cür qərarın verilməsi doğru addımdır.

“FİFA bu gün üçün Rusiyanı uzaqlaşdırmaqla haqlı qərar verib. Vəziyyət gələcəkdə normallaşarsa, inanıram ki, o qərarı ləğv edib, Rusiyanın turnirlərdəki iştirakına icazə veriləcək”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dönəmində İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Henrix Mixtaryan Azərbaycan əlehinə açıq siyasi kampaniyalar aparıb. Lakin UEFA tərəfindən oyunçuya qarşı hər hansı sanksiya və cəza tədbiri tətbiq edilməyib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO