Balakəndə narkotik satan dörd nəfər saxlanıldı - FOTO

Balakəndə narkotik satan dörd nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Balakəndə narkotik satan dörd nəfər saxlanıldı - FOTO

62470

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkumlar Arif Muradov və Akif Musayev tutulub.

Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat nəticəsində isə rayon sakinləri əvvəllər məhkum olunmuş Mehman Emçiyev və Fərid Müftəliyev saxlanılıb.

Onların üzərinə baxış keçirilərkən M.Emçiyevdən heroin, F.Müftəliyevdən isə külli miqdarda psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanıb.
Faktlarla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO