“Buta Airways” Kiyevə uçuşları ləğv etdi

“Buta Airways” Kiyevə uçuşları ləğv etdi

Hazırda oxunan: “Buta Airways” Kiyevə uçuşları ləğv etdi

62385

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkəti martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuşu ləğv edib.

Bu barədə Bizim.Media-ya şirkətdən bildirilib.

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.

Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO