"Zelenskini gecə tapmağa çalışdılar, ancaq səhərə yaxın tapdılar. O, qeyri-adekvat addım atır, nə baş verdiyini anlamır".
Bizim.Media “Pul Pervoqo” Telegram kanalına istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko bu gün konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumda səs verərkən şəhər sakinlərinin qarşısında deyib.
O, əlavə edib ki, Zelenskini danışıqları müzakirə etmək üçün axtarıblar.
Bizim.Media