Şamaxıda canavarlar kənd sakininə məxsus mal-qaraya hücüm ediblər.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Aşağı Çağan kəndində qeydə alınıb.
Yırtıcıların hücumu nəticəsində kənd sakinləri – Hacir Ədilova Hacir və Vadil Mürsəliyevin 12 baş iribuynuzlu heyvanına xəsarət yetirilib.
Ümumilikdə isə hər iki fermerə 10 min manata yaxın ziyan dəyib. Sakinlərin sözlərinə görə, bu, son bir ayda canavarların kəndə 5-ci hücumudur.
Qeyd edək ki, Aşağı Çağan kəndində 20 ailə yaşayır, onların əsas məşğuliyyəti heyvandarlıqdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:50 / 27.02.2022
Şamaxıda canavarlar mal-qaraya hücum etdi
Hazırda oxunan: Şamaxıda canavarlar mal-qaraya hücum etdi
Hazırda oxunan: Şamaxıda canavarlar mal-qaraya hücum etdi
62160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.