Rus ordusuna məxsus hərbi texnikalar Xarkov şəhərinin şimalında yerləşən Alekseyevski metrostansiyası istiqamətində görüntülənib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Telegram kanallarında yer alıb.
Daha sonra isə həmin zirehli texnikanın məhv edildiyi haqda video yayılıb.
Xatırladaq ki, bir az öncə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov belə yazmışdı:
"Rus qoşunları Xarkov şəhərinin rayonlarına girməyə başlayıb. Sakinlərdən xahişimiz budur ki, küçələrə çıxmayın. Biz bu şəhəri ordumuzla birlikdə sonuna qədər müdafiə edəcəyik”.
Bizim.Media