Gələn ilin büdcəsi nələrə xərclənəcək?

Gələn ilin büdcəsi nələrə xərclənəcək?

Hazırda oxunan: Gələn ilin büdcəsi nələrə xərclənəcək?

6211

2021-ci il dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1,3 milyard manat və yaxud 5,4 faiz çoxdur.

Bizim.Media xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

S. Şərifov bildirib ki, 2021-ci il dövlət büdcəsinin xərcləri isə 28,5 milyard manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard manat və ya 3,8 faiz çoxdur:

''2021-ci il dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 4 milyard 586 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilə nisbətən 781,5 milyon manat çoxdur. 2021-ci il dövlət büdcəsinin sosialyönümlü xərcləri 11,1 milyard manat məbləğində proqnozlaşdırılır''.

''Bu, 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. Elm xərclərinə 183,3 milyon manat, təhsil xərclərinə 3 milyard 278 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsilə ayrılan xərclər 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz çoxdur. Səhiyyə xərcləri üçün isə 1 milyard 409 milyon manat vəsait ayrılacaq'', - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO