Ermənistanda hərbi həkimlərin səfərbərliyi elan edildi

Ermənistanda hərbi həkimlərin səfərbərliyi elan edildi

Hazırda oxunan: Ermənistanda hərbi həkimlərin səfərbərliyi elan edildi

6203

Ermənistanda dekabrın 25-dən 2021-ci il yanvarın 20-dək hərbi həkimlərin səfərbərliyi elan olunub.

Bizim.Media erməni saytlarına istinadla xəbər verir ki, bununla bağlı bu gün hökumətin iclasında qərar verilib.

Qərara görə, Ermənistan silahlı qüvvələrinin ehtiyat zabitləri sırasında olan 35 yaşadək həkimlər səfərbər ediləcəklər. Onların xidmət müddəti 2 ildir.

Bu qərarla ehtiyat zabit korpusunda olan 70-ə qədər tibb mütəxəssisi səfərbərliyə cəlb olunacaq.

Eyni zamanda, dekabrın 31-də hərbi xidmətini başa vurmuş ehtiyatda olan zabitlər tərxis olunacaqlar.

Müvafiq qərara əsasən, ehtiyatda olan zabit heyəti arasında xidmətdən yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO