UEFA Qurban Qurbanovun jestinə reaksiya verdi

UEFA Qurban Qurbanovun jestinə reaksiya verdi

Hazırda oxunan: UEFA Qurban Qurbanovun jestinə reaksiya verdi

61994

UEFA "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Marsel"lə matçda etdiyi feyr-pley hərəkətinə biganə qalmayıb.

Bizim.Media-nın məlumatına görə, UEFA-nın baş katibi Corco Marketti turnirin 1/8 final mərhələsinin püşkatması zamanı Qurban Qurbanova təşəkkür edib.

"Mən "Qarabağ"ın inanılmaz idman ruhu və feyr-pley jestini qeyd etmək istərdim. Onlar baş hakimdən vurduqları qolun ləğv olunmasını xahiş edib.

Əla, cənablar! Sizin turnirdəki çıxışınız möhtəşəm idi. Ədalətli oyununuz isə alqışa layiqdir, tərifə və hörmətə layiqdir. Bu, həqiqətən xüsusi an idi", - deyə Corco Marketti bildirib.

Qeyd edək ki, "Qarabağ"ın hücumçusu İbrahima Vadji 34-cü dəqiqədə "Marsel"in qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1.

Bundan sonra qonaqların futbolçuları və məşqçilər heyəti seneqallı forvardın əllə fərqləndiyini bildiriblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO