Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin Rusiyaya qarşı sanksiyalarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, B.Conson Rusiyadan yüksək texnologiyalı məhsulların ixracının qadağan edildiyini bildirib.
Baş nazir Rusiyanın "Aeroflot"a aviasiya şirkətinə qarşı sanksiya tətbiq edəcəklərini də deyib. Həmçinin, "VTB bank"ın bütün aktivləri dondurulub.
B.Conson gələcəkdə Rusiyanın SWIFT-dən ayrılacağını da istisna etməyib.
"Rusiyanı dünya iqtisadiyyatından təcrid edəcəyik. Sanksiyalar Ukraynaya hərbi müdaxiləyə dəstək verən Belarusa qarşı da tətbiq ediləcək", - B.Conson vurğulayıb.
B.Conson paytaxt Kiyevin işğalı gerçəkləşərsə, Ukrayna rəhbərliyinə sığınacaq verəcəklərini də qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:48 / 24.02.2022
Britaniya Rusiyaya qarşı SANKSİYALARI açıqladı - "Belarusa da tətbiq ediləcək"
Hazırda oxunan: Britaniya Rusiyaya qarşı SANKSİYALARI açıqladı - "Belarusa da tətbiq ediləcək"
Hazırda oxunan: Britaniya Rusiyaya qarşı SANKSİYALARI açıqladı - "Belarusa da tətbiq ediləcək"
61775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.