“Araz Supermarket” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Dövlət xidmətinin məlumatında bildirilib ki, yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə kütləvi informasiya vasitələrində yayımlanan reklam xarakterli məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb.
Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:10 / 24.02.2022
Dövlət Antiinhisar Xidməti "Araz Supermarket” barəsində iş qaldırdı - SƏBƏB
Hazırda oxunan: Dövlət Antiinhisar Xidməti "Araz Supermarket” barəsində iş qaldırdı - SƏBƏB
Hazırda oxunan: Dövlət Antiinhisar Xidməti "Araz Supermarket” barəsində iş qaldırdı - SƏBƏB
61754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.