Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif aradan qaldırılıb.
Bizim.Media-nın xəbərinə görə, Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Bakıdan Rusiya XİN-in təxribat dolu paylaşımına REAKSİYA
Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılarkən “Şərqi Ermənistan” sözünə istinad edilib.
Xatırladaq ki, Azərbaycan XİN bununla bağlı açıqlama yayaraq Rusiya XİN-ini bu təhrifi aradan qaldırılmağa çağırmışdı.
Bizim.Media