Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılır – Tarix açıqlandı 

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılır – Tarix açıqlandı 

Hazırda oxunan: Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılır – Tarix açıqlandı 

61671

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən martın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. 

Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib. 

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda Abşeron rayonunda yerləşən “Güzdək muldası” əhəngdaşı yatağının 1,5 – 2 hektar, Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağının 0,6 - 1,2 hektar, Ağsuda yerləşən "Girdimançay” qum-çınqıl yatağının isə müvafiq olaraq 5 hektar sahələri açıq hərraca çıxarılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə 4 qum-çınqıl yatağı istifadəyə verildi


Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10 % miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır. 

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 % miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO