Rusiya Hərbi qüvvələri Ukraynanın Xarkov Vilayətinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qondarma Donbass “respublikaları” rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Ukrayna əməliyyat komandanlığı bildirir ki, “hazırda Kiyevdəki komanda mərkəzlərinə qanadlı və ballistik raketlərdən istifadə edilən hücumlar həyata keçirilir. Hədəflər arasında aerodromlar, hərbi qərargahlar da var.
Rusiya Hərbi qüvvələrinin Xarkova daxil olduğunu əks etdirən kadrları təqdim edirik:
Bizim.Media