Türkiyənin ilk hərbi təyyarəsi Ukraynaya təcili ENİŞ etdi

Türkiyənin ilk hərbi təyyarəsi Ukraynaya təcili ENİŞ etdi

Hazırda oxunan: Türkiyənin ilk hərbi təyyarəsi Ukraynaya təcili ENİŞ etdi

61607

Türkiyə Hərbi Hava Qüvvələrinin ilk hərbi-nəqliyyat təyyarəsi Ukraynanın Borispol şəhərinə eniş edib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ehtimallara görə səbəb türk diplomatların ailələrinin təxliyyəsi və silahların tədarüküdür. 

ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, səhərə qədər genişmiqyaslı münaqişə baş verə bilər. Bir saatdan sonra BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə fövqəladə iclası keçiriləcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qondarma Donbass “respublikaları” rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb. 

Ukrayna əməliyyat komandanlığı bildirir ki, “hazırda Kiyevdəki komanda mərkəzlərinə qanadlı və ballistik raketlərdən istifadə edilən hücumlar həyata keçirilir. Hədəflər arasında aerodromlar, hərbi qərargahlar da var.

Alçina Amilqızı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO