Azərbaycanlı deputatların İrəvana səfərinə etiraz edən millətçilərə cinayət işi açıldı

Azərbaycanlı deputatların İrəvana səfərinə etiraz edən millətçilərə cinayət işi açıldı

Hazırda oxunan: Azərbaycanlı deputatların İrəvana səfərinə etiraz edən millətçilərə cinayət işi açıldı

61512

Ermənistan polisi azərbaycanlı deputatların İrəvana səfərinə qarşı çıxan etirazçılara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı deputatlar İrəvana gəldilər


İşin materiallarına görə, bir qrup millətçi azərbaycanlı deputatların yaşadığı otelə soxulmağa cəhd edib, lakin onların əməllərinin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. 25 nəfər hadisə yerindən müxtəlif polis bölmələrinə aparılıb.

Qeyd olunur ki, saxlanılanlardan heç biri özünü jurnalist və ya media nümayəndəsi kimi təqdim etməyib və müvafiq arayış göstərməyib.

“Polis bölmələrinə aparılan vətəndaşlar müqavimət göstərərək qışqırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz hərəkətlərə son qoymağı tələb edərək onları sakitləşməyə çağırsalar da, cavab olaraq yalnız nalayiq ifadələr eşidiblər. Həmin vətəndaşlar polis əməkdaşlarına açıq-aşkar hörmətsizlik edərək əlbəyaxa dava salıblar”, - deyə idarədən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədovun Ermənistana gəlişi ilə bağlı iki gündür ki, İrəvanda etiraz aksiyaları keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO