Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, telefon danışığı zamanı C.Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Bizim.Media
![Ceyhun Bayramov Aİ komissarı ilə danışıb Ceyhun Bayramov Aİ komissarı ilə danışıb](https://bizim.media/file/articles/2020/12/23/1608743776_1608652853img__0.jpeg)
- A-
- A
- A+
Siyasət
21:06 / 23.12.2020
Ceyhun Bayramov Aİ komissarı ilə danışıb
Hazırda oxunan: Ceyhun Bayramov Aİ komissarı ilə danışıb
Hazırda oxunan: Ceyhun Bayramov Aİ komissarı ilə danışıb
6149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.