BDU-dakı iclasda Ramiz Mehdiyev lağa qoyuldu – VİDEO 

BDU-dakı iclasda Ramiz Mehdiyev lağa qoyuldu – VİDEO 

Hazırda oxunan: BDU-dakı iclasda Ramiz Mehdiyev lağa qoyuldu – VİDEO 

61464

Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının sonuncu iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gülüş obyektinə çevrilib. 

Bizim.Media xəbər verir ki, kadrlarda kafedranın əvəzedici müdiri Vüqar Qaradağlının başçılığı ilə keçirilən onlayn iclasın video görüntülərində, mərhum Ə. Məmmədovun ərəb dili kitabındakı bir dərs vəsaiti üzərində danışılarkən, cümlə içərisində keçən “Elmlər Akademiyası” sözünə kafedranın professoru Aida Qasımova öz istehzalı iradını bildirir. 

“Elmlər Akademiyasının adını çəkməyin ! Bu iclasda Elmlər Akademiyasının yeri yoxdur! Ələsgər müəllimin kitabından, “Elmlər Akademiyası” sözünü çıxartmaq lazımdır, deyir. Növbəti kinayəli söz isə kafedranın müəllimi Mais Ağaverdiyevdən gəlir, “Elmlər Akademiyası” deməyin “toyxana” deyin! İstehzalı gülüş səsləri iclası bürüyür. 

“Reportyor TV”yə istinadən sözügedən görüntüləri təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO