Metronun iş rejimi UZADILDI -

Metronun iş rejimi UZADILDI - "Qarabağ"a görə 

Hazırda oxunan: Metronun iş rejimi UZADILDI - "Qarabağ"a görə 

61454

“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi xahişi ilə müraciət ünvanlayıb.

"Köhlən atlar"ın Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müraciət və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO