Şəmkirdə narkotik satan və alan şəxslər saxlanıldı

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanıldı

Hazırda oxunan: Şəmkirdə narkotik satan və alan şəxslər saxlanıldı

61272

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Nəsimi Abbaszadə saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni qonşusundan aldırdığını bildirib. 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Abbaszadəyə narkotik maddəni 70 manata satan Şəmkir rayon sakini Sabir Yusifov saxlanılıb. 

Üzərindən narkotik vasitə aşkar edilən Sabir Yusifovun yaşadığı fərdi yaşayış evindən isə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO