"Elgizlə izlə" proqramında Əməkdar artist Kübra Əliyeva ilə vəkil Şəfiqə Nağıyeva arasında mübahisə düşüb.
Bizim.Media xəbər verir ki, proqrama yardım üçün qatılan Vəfa adlı qadın uşaqlarının atıldığını deyib.
O bildirib ki, həyat yoldaşı vəfat edib, ailəsi isə atalıq hüququ vermir.
"Atalıq haqqını sübut etmək olar. Oğlanın anası, bacısından analiz götürülüb sübut edilər. Lazım gələrsə qəbir açılar" - deyə, K.Əliyeva deyib.
Onun bu sözləri Ş.Nağıyevanı özündən çıxarıb və "Siz onda verərsiz ərizə, qəbir açarsız, sübut edərsiz. Vəkil qalıb burada, siz məsləhət verirsiz. Danışın vəkilin yerinə. Sənətkar sənət işindən, vəkil vəkil işindən danışsın" cavabını verib.
"Hər şeydən danışıram. Sözümü ağzımda qoyursuz, aman vermirsiz söz deyim. Nə olub, sizin fikrinizdən pis fikir demirəm. Bura teatr deyil sənətdən danışım" deyə, aktrisa söyləyib.
Aktrisa ilə vəkilin mübahisəsi böyüdüyündən verilişdə reklam fasiləsi yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:31 / 21.02.2022
Canlı yayımda Əməkdar artistlə vəkil arasında dava düşdü - VİDEO
Hazırda oxunan: Canlı yayımda Əməkdar artistlə vəkil arasında dava düşdü - VİDEO
Hazırda oxunan: Canlı yayımda Əməkdar artistlə vəkil arasında dava düşdü - VİDEO
61136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.