“Pekin-2022”: Norveç yığması medal sayına görə Olimpiadanın qalibi oldu

“Pekin-2022”: Norveç yığması medal sayına görə Olimpiadanın qalibi oldu

Hazırda oxunan: “Pekin-2022”: Norveç yığması medal sayına görə Olimpiadanın qalibi oldu

61038

Norveç yığması Pekində keçirilən Qış Olimpiya Oyunlarında 16 qızıl, 8 gümüş və 13 bürünc medal qazanaraq yarışları birinci pillədə başa vurub.

Bizim.Media xəbər verir ki, medal sayına görə ikinci yeri Almaniya yığması (12,10,5), üçüncü yeri Oyunların ev sahibi – Çin komandası tutub. Dördüncü yerdə ABŞ komandası (8,10,7), beşinci pillədə isə İsveç yığması (8,5,5) qərarlaşıb.

Yarışların ilk günlərindən inamla çıxış edən Norveç komandası qızıl medalların sayına görə Qış Olimpiya Oyunlarının rekordunu təzələyib.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edib. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO