Pekin-2022 Qış Olimpiya Oyunları başa çatıb - YENİLƏNİB

Pekin-2022 Qış Olimpiya Oyunları başa çatıb - YENİLƏNİB

Hazırda oxunan: Pekin-2022 Qış Olimpiya Oyunları başa çatıb - YENİLƏNİB

61021

Çinin paytaxtı Pekində keçirilən XXIV Qış Olimpiya Oyunları başa çatıb.

Bizim.Media xəbər verir ki, yarışın bağlanış mərasimi Pekin Milli Stadionunda yalnız yerli azarkeşlərin iştirakı ilə gerçəkləşib.

İlk olaraq Çin bayrağı meydanın mərkəzinə gətirilib və dövlət himni səsləndirilib.

Müxtəlif kompozisiyaların ardından iştirakçı ölkələrin bayraqdarları almaniyalı məşhur bəstəkar Lüdviq van Bethovenin "Ode to joy" simfoniyasının sədaları altında arenaya daxil olublar.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, təşkilatçı ölkə Çin isə sonuncu keçib. Azərbaycan nümayəndə heyəti Pekini tərk etdiyindən, ölkə bayrağını çinli könüllü Li Yuanqzou daşıyıb.

Bundan sonra kişilər və qadınlar arasında müvafiq olaraq 50 km və 30 km məsafəyə xizək yarışları üzrə qaliblər mükafatlandrılıb.

Ardınca 2026-cı ildə İtaliyanın Milan və Kortina-d Ampetso şəhərlərində təşkil olunacaq XXV Qış Olimpiya Oyunlarının rəsmi təqdimatı olub. Stadiondakı Olimpiya bayrağı endirilərək sözügedən şəhərlərin merlərinə təqdim edilib.

Rəsmi çıxışlardan sonra isə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Pekin olimpiadasını bağlı elan edib.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayıb. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapıb.

Norveç medal sayında və əyarında bütün ölkələri qabaqlayıb. Skandinaviya təmsilçisi Oyunları 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) başa vurub.

12 qızıl, 10 gümüş və 5 bürünc medal əldə edən Almaniya yığması 2-ci yeri tutub. Medal sayına görə isə bu pillədə Rusiya Olimpiya Komitəsi (32) qərarlaşıb.

Medal əyarında 3-cü yerə 9 "qızıl", 4 "gümüş" və 2 "bürünc"lə ev sahibi Çin sahib çıxıb.


16:29

Pekində 2022-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, təntənəli tədbir 2008-ci ildə inşa edilmiş Pekin Milli Stadionunda təşkil olunub. Arena bu Olimpiadanın açılışına da ev sahibliyi edib.

MÖVZU İLƏ BAĞLI:

“Pekin-2022” başa çatdı - Bağlanış mərasiminə saat 16:00-da start veriləcək


Qeyd edək ki, yarışların yekun nəticələrinə əsasən, ölkələrin ümumi sıralamasında 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) Norveç birinci, Almaniya (12 qızıl, 10 gümüş və 5 bürünc medal) ikinci, Rusiya isə 32 medalla üçüncü olub.

Medal əyarına görə isə ilk üçlüyü 9 qızıl, 4 gümüş və 2 bürünclə ev sahibi Çin tamamlayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO