Qərbdən Rusiyaya: “Həmişə sizə “zeytun budağı” təklif edə bilmərik”

Qərbdən Rusiyaya: “Həmişə sizə “zeytun budağı” təklif edə bilmərik”

Hazırda oxunan: Qərbdən Rusiyaya: “Həmişə sizə “zeytun budağı” təklif edə bilmərik”

0:00
0:00
61011

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Avropa Şurasının rəhbəri Çarlz Mişel TASS-a müsahibəsində bildirib ki, Qərb həmişə Moskvaya danışıqlar və zeytun budağı təklif edə bilməz.

Bizim.Media xəbər verir ki, siyasətçinin sözlərinə görə, Ukrayna ətrafında vəziyyət gərginləşsə, genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq edəcək. 

“Rusiya qüvvələrinin Ukrayna ətrafında cəmləşməsi davam edir, biz deeskalasiya (sabitləşmə) əlaməti görmürük. Əbədi olaraq onlara zeytun budağı təklif edə bilmərik: eskalasiya davam edərsə, genişmiqyaslı sanksiyalar tətbiq olunacaq”, - Mişel bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya “Qərbi parçalamağa” çalışıb, lakin əks effekt əldə edib:

“Nəticədə Avropa İttifaqı ölkələrini, transatlantik müttəfiqlərini (ABŞ və Kanada) və bütün dünya üzrə tərəfdaşlarını, o cümlədən Yaponiyanı bir araya toplayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO