Azərbaycanda 25 yaşlı gəncin qulağını kəsdilər - VİDEO

Azərbaycanda 25 yaşlı gəncin qulağını kəsdilər - VİDEO

Hazırda oxunan: Azərbaycanda 25 yaşlı gəncin qulağını kəsdilər - VİDEO

60996

Samux rayonunun Füzuli kəndində 25 yaşlı gəncə bir neçə nəfər ağır xəsarətlər yetirib.

Bizim.Media xəbər verir ki, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.

Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb.

Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib.

Araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nəriman Qələndərli, Həsrət Qəmbərli Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Ətraflı İTV telekanalının reportajında:

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO