Ermənilər Qarabağda daha bir “respublika” yaratmaq fikrindədir

Ermənilər Qarabağda daha bir “respublika” yaratmaq fikrindədir

Hazırda oxunan: Ermənilər Qarabağda daha bir “respublika” yaratmaq fikrindədir

6091

Axavno icmasının rəhbəri Andranik deyir ki, biz rusların nəzarəti altında yaşamaq fikrində deyilik. Rus sülhməramlıları isə ermənilərin basdırdığı minaların yerini bəlirləyir, amma onları zərərsizləşdirmir.

Ermənilərin Qarabağda ağır məğlubiyyətə uğramaqlarına baxmayaraq, onlar hələ də öz revanşist istəklərindən əl çəkmirlər. Bunu “Lragir.am” erməni saytında yayımlanan Axavno icmasının başçısı Andranik Çavuşyanın müsahibəsi açıq şəkildə sübuta yetirir.

Bizim.Media xəbər verir ki, müsahibəsində öz silahını rus sülhməramlılarına təhvil verməkdən imtina edən qəbilə (icma-red.) başçısı, guya bunu azərbaycanlıların hücumlarının dəf etmək üçün saxladığını deyib.

Bundan başqa Çavuşyan erməni xislətinə xas olan utanmaz tərzdə “Azərbaycanlılar bizim, kilsələrimizi dağıdır, xaçkarlarımızı sındırırlar, halbuki, biz onların qəbirlərini və tarixi abidələrini 28 ildir qorumuşuq”, - deyə bildirib. 

Andranikin deyəsən yerlə-yeksan olunmuş işğaldan azad olunan torpaqlarımız, dağıdılan tarixi, dini abidələrimiz, donuz saxlanılan məscidlərimiz yadından çıxıb. Yazıda o, azərbaycanlıları vəhşi varvar kimi qələmə vermək istəyərkən, özü də bilmədən, zəbt etdikləri torpaqların əzəli Azərbaycan əraziləri olduğunu sözləri ilə təsdiqləyib.

Daha sonra o, rusların əmrləri altında yaşamaq istəmədiyini, hökumətdən heç bir kömək gəlmədiyini bildirib:

“Dedilər kəndimizə Rusiya vətəndaşları köçürəcəklər. Biz rusların nəzarəti altında yaşamaq fikrində deyilik. Məni və ailəmi öldürsələr də, bir erməni kimi yaşamalıyam. Mən ailəmlə birlikdə burada qalacağam, biz Xankəndini və Laçını qorumalıyıq.  Bizimlə nə Ermənistan, nə də ki, Qarabağ hökuməti maraqlanır”.

Bununla da Andranik Çavuşyanın sərsəm sayıqlamaları bitmir. O, hər şeydən əli üzüləcəyi təqdirdə Axavno respublikasını quracağını deyib:

“Zərurət yaransa, Axavno respublikasını elan edəcəyim üçün söz vermişəm. Mənə hakimiyyət lazım deyil, amma insanların gücə ehtiyacı var. Torpağımızın ağası olmalıyıq, hökumətə güvənmirik, problemlərimizi özümüz həll edirik”, - deyə o qeyd edib. Bu sözlərlə özünü qəbilə başçısı adlandıran Andranik, ermənilərin hansı mənsəbə qulluq etdiklərini gözlər önünə sərir. Bu Ermənistanda hökm sürən xaosı, özbaşınalığı bir daha göstərir. 

Çavuşyan öz müsahibəsində rus sülhməramlılarının işə yarımamasından, onların öz missiyalarını layiqincə yerinə yetirməmələrindən də şikayət edib.

“Bizə deyirlər silahlarınızı verin, biz sizi qoruyacağıq, ancaq belə deyil, onlar heç nə etmirlər”, - deyə o vurğulayıb.

Yazıda bir məqamda diqqətlərdən yayınmır. Erməni Andranikin dediyinə görə, rus sülhməramlısı ondan bir cığırı minaladığı barədə soruşub. Nəticədə, Andranik ona minalanmış ərazini göstərdiyini və sülh missiyasını “yerinə yetirən sülhməramlı”nın sakitcə ərazini tərk etdiyini qeyd edib. Bu söhbətdən sülhməramlıların missiyasını hansı canfəşanlıqla həyata keçirdiklərini anlamaq heç də çətin deyil.

Müsahibəsində həqiqətlərdən tamam uzaq olan fikirlər səsləndirərək Andranik bir daha şizofreniya xəstəliyinin məhz erməni çalarlarının daha güclü, qorxulu olduğunu bir daha sübut edir. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO