İranda yenidən kütləvi etirazlar başladı – VİDEO  

İranda yenidən kütləvi etirazlar başladı – VİDEO  

Hazırda oxunan: İranda yenidən kütləvi etirazlar başladı – VİDEO  

0:00
0:00
60895

İranın onlarla şəhərində etiraz aksiyaları başladı.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq İranın onlarla şəhərində müəllimlərin Təhsil Nazirliyinin yerli bölmələri və Baş Təhsil İdarələri qarşısında etiraz aksiyaları başlayıb.

İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra başlayan aksiyada müəllimlər bundan öncə irəli sürdüklıəri tələblərinin yerinə yetirilmədiyini bildiriblər.

Bundan öncə keçirilən mitinq və tətil aksiyalarında müəllimlər əmək haqlarının qaldırılmasını, rütbələndirmə (vəzifələrin təsnifatı) qanununun icrasını, siğorta xidmətlərindən istifadə şərtlərinin sadələşdirilməsi və məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər.

Xatırladaq ki, son bir neçə ayda İranın yüzlərlə şəhərində müəllimlər və təqaüdçülərin müxtəlif etiraz aksiyaları keçirilib, onlarla insan həbs edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO