Rusiyada nüvə silahı təlimləri keçiriləcək - Putinin rəhbərliyi ilə 

Rusiyada nüvə silahı təlimləri keçiriləcək - Putinin rəhbərliyi ilə 

Hazırda oxunan: Rusiyada nüvə silahı təlimləri keçiriləcək - Putinin rəhbərliyi ilə 

60848

Bu gün Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışının həyata keçiriləcəyi strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçiriləcək.

Bizim.Media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təlimlərə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsininin aerokosmik qüvvələrinin, Şimal və Qara dəniz donanmasının raket bölmələrinin qoşunları və texnikasının cəlb olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukrayna yaxınlığında nüvə silahı yerləşdirə bilər – “NEW YORK TIMES”


Təlimlərdə Şimal Donanmasının strateji raket daşıyan sualtı qayığının Rusiyanın Uzaq Şərqindən-Kamçatkadan Kür poliqonuna, ölkənin şimalındakı nüvə sualtı qayığından isə Çiza poliqonuna qitələrarası ballistik raketlər atılacağı bildirlib.

Həmçinin Aerokosmik Qüvvələri uzaq mənzilli təyyarələrdən qanadlı raketlər buraxacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO