Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Abdıyev Mürşüd sol qolunun kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona tibbi yardım göstərilib, yarası tikilib, vəziyyətinin normal olduğu deyilir.
Qeyd edək ki, bıçaq xəsarəti alan şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.
Bəlli olub ki, yol polisi xidmət vaxtı bıçaqlanıb. Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:06 / 19.02.2022
Gəncədə yol polisi bıçaqlandı
Hazırda oxunan: Gəncədə yol polisi bıçaqlandı
Hazırda oxunan: Gəncədə yol polisi bıçaqlandı
60839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.