Azərbaycanın meyvə-tərəvəz ixracı 27% artıb

Azərbaycanın meyvə-tərəvəz ixracı 27% artıb

Hazırda oxunan: Azərbaycanın meyvə-tərəvəz ixracı 27% artıb

60627

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 52 808,82 min ABŞ dolları dəyərində 43 805,93 ton meyvə-tərəvəz ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 42,5%, həcmi isə 27,3% artıb.

Qeyd edək ki, bu ilin ilk ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 13 741,6 min dollar dəyərində 11 470,53 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 2 dəfə və 63,8% çoxdur.

Cari ilin yanvar ayı ərzində 16 186,31 min dollar dəyərində (56,3% artım) 2 785,94 ton (artım 71,5%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin, 2 539,69 min dollar dəyərində 3 924,67 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 9 dəfədən çox, həcm olaraq isə 5 dəfədən çox artım müşahidə olunub.

Bu ilin yanvarında ölkədən 17 132,7 min dollar dəyərində (2,7% çox) 22 840,66 ton (artım 1,5%) xurma ixrac olunub. Hesabat dövründə nar ixracının dəyəri 6,6% azalaraq 931,45 min dollar, həcmi isə 26,4% azalaraq 557,06 ton təşkil edib.

İxrac üzrə hesabata ötən ilin may ayından etibarən kartof da daxil edilib ki, bu kateqoriya üzrə ilin bu ilin ilk ayında 181,28 min dollar dəyərində 374,63 ton məhsulu ixrac olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO