Baş Prokurorluqdan Qusarda 5 nəfərin ölümü ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Qusarda 5 nəfərin ölümü ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurorluqdan Qusarda 5 nəfərin ölümü ilə bağlı AÇIQLAMA

60618

Fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda 5 nəfərin ölümü ilə bağlı xəbəri polisə qonşuları verib – Uşaqlar dərsə getmədiyindən...


Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO