Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Tahir Kərimlidən onu hədələyənlərə əjdaha cavab – VİDEO
Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə əlində dinozavrla yaydığı videosunda ölümlə hədələndiyini bildirib:
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”.
Bizim.Media