Konfrans Liqası:

Konfrans Liqası: "Qarabağ" Fransada tarixi oyuna çıxır

Hazırda oxunan: Konfrans Liqası: "Qarabağ" Fransada tarixi oyuna çıxır

60526

"Qarabağ" bu gün UEFA Konfrans Liqasında tarixi oyuna çıxacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan klubları arasında ilk dəfə avrokuboklarda qrup mərhələsini adlayan komanda pley-off mərhələsində ilk matçını keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Fransada "Marsel" klubu ilə üz-üzə gələcək.

"Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.

"Marsel" və "Qarabağ" avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Hər iki komanda cari mövsüm qrup mərhələsində cəmi 1 oyunda uduzub.

Fransa təmsilçisi Avropa Liqasında qrup 3-cüsü olduğu, Ağdam klubu isə Konfrans Liqasında mübarizə apardığı H qrupunu 2-ci sırada başa vurduğu üçün pley-offa vəsiqə qazanıb.

"Köhlən atlar"ın heyətində Şahruddin Məhəmmədəliyev və Xayme Romero zədəlidir, Bədavi Hüseynovla Abbas Hüseynovun isə meydana çıxması sual altındadır. Meydan sahiblərində isə yeganə itki Valenten Ronjyenin cəzalı olmasıdır.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO