İrəvan məhkəməsi Paşinyanın düşmənini həbsdə saxladı

İrəvan məhkəməsi Paşinyanın düşmənini həbsdə saxladı

Hazırda oxunan: İrəvan məhkəməsi Paşinyanın düşmənini həbsdə saxladı

60397

İrəvanda məhkəmə “Milli Təhlükəsizlik” Partiyasının sədri Qarnik İsaqulyanın həbs müddətinin daha iki ay uzadılması ilə bağlı müstəntiqin vəsatətini təmin edib.

Bizim.Media xəbər verir ki, bu barədə “İravunk” qəzetinə İsaqulyanın vəkili Anna Tsarukyan məlumat verib.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsinin Xüsusilə Mühüm İşlərin Araşdırılması üzrə Baş İdarəsi Qarnik İsaqulyana qarşı başlanmış yalan informasiya işi üzrə istintaqı davam etdirir.
Qarnik İsaqulyan 2021-ci ilin sentyabrında Ermənistanın Ukraynadakı səfirini “Azərbaycan və Türkiyə xüsusi xidmət orqanlarına işləməkdə” ittiham edib.

Əldə edilmiş kifayət qədər sübutların cəminə əsasən, Qarnik İsaqulyana ittiham irəli sürülüb.

Qarnik İsaqulyan, həmçinin baş nazir Nikol Paşinyan, bir sıra keçmiş və indiki məmurlar, ictimai xadimlər, İstintaq Komitəsinin hazırkı rəhbəri  haqda yaydığı yalan informasiyaya və Nikola qarşı zorakı çağırışlarına görə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO