Tahir Kərimlinin Milli Məclisdəki bu çıxışı gündəm oldu - VİDEO 

Tahir Kərimlinin Milli Məclisdəki bu çıxışı gündəm oldu - VİDEO 

Hazırda oxunan: Tahir Kərimlinin Milli Məclisdəki bu çıxışı gündəm oldu - VİDEO 

60302

Xəbər verdiyimiz kimi, deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanda bu ilin fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsini təklif edib. 

Bizim.Media xəbər verir ki, cərimələrin hədsiz artırıldığını bildirən deputat təklifini əhalinin bu məbləği ödəmək gücündə olmaması ilə əlaqələndirib.

"Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual edirik ki, niyə bu qədər artırdınız? Onlar isə deyirlər dövlətin gücü buna çatır. Amma cərimələr 300-400 % artırılır.

Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? İnsanların da bu cərimələri ödəməyə gücü çatmır axı. Xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin”, - deyə deputat əlavə edib.

Sözügedən çıxışı təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO