Moskvanın Qərb qarşısındakı 3 əsas şərti hansılardır? – Putinin Lavrovla görüşündə bu məsələyə toxunuldu

Moskvanın Qərb qarşısındakı 3 əsas şərti hansılardır? – Putinin Lavrovla görüşündə bu məsələyə toxunuldu

Hazırda oxunan: Moskvanın Qərb qarşısındakı 3 əsas şərti hansılardır? – Putinin Lavrovla görüşündə bu məsələyə toxunuldu

60160

Rusiyanın hakimiyyət orqanları ABŞ-ın “təhlükəsizlik zəmanəti” ilə bağlı cavabının birinci hissəsindən narazıdır. 

Moskvanın Qərbin təklifinə cavabı artıq 10 səhifədə formalaşıb.

Bizim.Media “Unian.net” saytına istinadən xəbər verir ki, bunu bazar ertəsi, fevralın 14-də Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Vaşinqtonun cavabı iki hissədən ibarətdir.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Sergeyləri də uzaqda otuzdurdu... - KREMLDƏN AÇIQLAMA - VİDEO


“Birinci hissə bizim müəyyən etdiyimiz üç əsas şərtə cavab verir: NATO-nun genişlənməməsi, bizi təhdid edən zərbə silahlarının yerləşdirilməməsi və ümumiyyətlə, Avropadakı hərbi-texniki konfiqurasiyanın 1997-ci ildəki vəziyyətə qaytarılması. Rusiya-NATO arasında təsis aktı imzalanarkən, bu formatda ilk dəfə olaraq təhlükəsizliyin bölünməzliyini təmin etmək vəzifəsi qoyulub”, - diplomat bildirib.

Eyni zamanda o, ABŞ-ın bu məsələlərə mənfi cavabının Kremli qane etmədiyinə diqqət çəkib.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Moskvanın Vaşinqton və Brüsselin “təhlükəsizliyə zəmanət” təklifinə cavab layihəsi artıq 10 səhifədə formalaşdırılıb.

Xatırladaq ki, 2021-ci il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la “təhlükəsizlik zəmanəti” haqqında saziş layihəsini dərc edib. Sözügedən layihədə Rusiya NATO-ya təklif edib ki, Ukrayna və Gürcüstanı Alyansa qəbul etməsin.

Bundan əlavə, Kreml ABŞ-dan keçmiş SSRİ ölkələrində hərbi baza yaratmamasını, həmçinin bu ölkələri NATO-ya qəbul etməməsini istəyib.

Bununla bağlı yanvarın 10-da Cenevrədə ABŞ və Rusiya arasında strateji sabitliyə dair dialoq, yanvarın 12-də NATO-Rusiya Şurasının iclası, yanvarın 13-də isə ATƏT-in Daimi Şurasının iclası keçirilib.

Yanvarın 26-da Rusiya Xarici İşlər Nazirliyi ABŞ səfiri Con Sallivandan Moskvanın “təhlükəsizliyə zəmanət” təklifinə yazılı cavab alıb. Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın “təhlükəsizlik zəmanəti” ilə bağlı təklifinə cavab olaraq işarə edib ki, ABŞ Ukraynanın mövqeyini nəzərə alacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO