Prokurorluq Paşinyanı saxlamağa hazırdır...

Prokurorluq Paşinyanı saxlamağa hazırdır...

Hazırda oxunan: Prokurorluq Paşinyanı saxlamağa hazırdır...

6008

Ermənistanın Baş Prokurorluğu cinayət törətməkdə əsaslı şübhə olduğu təqdirdə Baş nazir Nikol Paşinyanı tutmağa hazırdır.

Bizim.Media xəbər verir ki, bunu “Bir Ermənistan” partiyasının lideri Artur Kazinyan bir qrup vəkil ilə birlikdə Baş prokuror Artur Davtyan ilə görüşdə söyləyib.

Müxalifət Baş naziri dövlətə xəyanətdə və Qarabağın təslim edilməsində ittiham edərək istefasını tələb edir. 

Kazinyan və müxalifətdəki bir çox həmkarları düşünür ki, Paşinyan müharibə dövründə bir sıra cinayətlər törədib, xüsusən də səfərbərlik prosesini dayandırıb, qoşunları komplektləşdirməyib.
"Biz Baş prokurorluqdan cinayət törətməkdə ağlabatan şübhələri varsa, Nikol Paşinyanı tutmağa gedəcəklərini soruşduq. Cavab müsbət oldu" deyib.

Qeyd etmək lazımdır ki, prokurorluq əvvəllər səfərbərlik prosesinin dayandırılmasını rədd etmişdi. Buna baxmayaraq başlanılmış 882 cinayət işi üzrə istintaq davam etdirilir.

Fakt budur ki, müharibə dövründə və ondan sonra mediada rəhbərliyin rəsmi səhlənkarlığı, hərbi qulluqçular tərəfindən fərarilik və özünə xəsarət yetirmə, yaşayış məntəqələrinin bəzilərinin qəsdən təslim edilməsi halları barədə məşhur şəxslərin bəyanatları yayımlanıb. İndi bunu hüquq-mühafizə orqanlarının əməkdaşları edirlər.

Kazinyan da öz növbəsində, hakimiyyətin xəyanət etdiyinə əmindir.

"İndi vəkillərin, keçmiş peşəkar prokurorların, müstəntiqlərin, mütəxəssislərin vəzifəsi Ermənistanda görünməmiş bir tarixi miqyaslı xəyanətin baş verdiyini əsaslandırmaqdır" deyib.
Kazinyana görə, Baş prokurora Ermənistandakı siyasi böhrandan qanuni çıxış yolu təmin etmək də tapşırılıb.

Xatırladaq ki, 22 dekabrda müxalifət geniş miqyaslı aksiyalarla yanaşı ümummilli tətil günü elan edib.

Müxalifətin fikrincə, Paşinyan milli maraqlara xəyanət etdiyinə və Qarabağla bağlı biabırçı bir bəyanat imzaladığına görə vəzifəsindən getməlidir.

Babək Göyüş, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO