Masallıda azyaşlılara energetik içki satan obyektlər cərimələndi

Masallıda azyaşlılara energetik içki satan obyektlər cərimələndi

Hazırda oxunan: Masallıda azyaşlılara energetik içki satan obyektlər cərimələndi

59971

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu və energetik içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bizim.Media-nın Cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azyaşlılara tütün məmulatı satanlar cərimələndi


Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri cərimə olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO