Pişiyə şiddət göstərən futbolçu millidən qovuldu

Pişiyə şiddət göstərən futbolçu millidən qovuldu

Hazırda oxunan: Pişiyə şiddət göstərən futbolçu millidən qovuldu

59902

Pişiyə qarşı fiziki şiddət tətbiq edib və görüntüləri sosial şəbəkə hesabında paylaşan "Vest Hem"in futbolçusu Kurt Zumaya növbəti zərbə dəyib. 

Bizim.Media xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa millisinə dəvət almayacaq. 

Bu barədə yığmanın baş məşqçisi Didye Deşam ESPN telekanalına açıqlamasında deyib.

O, Zumaya qəzəbləndiyini və bu səbəbdən futbolçunu millinin mart toplanışına dəvət etməyəcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə Zuma klubu “Vest Hem” tərəfindən də cərimələnib. Üstəlik, “Adidas” şirkəti də futbolçu ilə əməkdaşlığa son verib. (Fanat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO