Tarixdə ən çox uşaq dünyaya gətirən qadın kimi tanınan Valentina Vassilyeva ilə bağlı məlumatlar illərdir maraq doğurur.
"Guinness World Records"un qeydlərinə əsasən, 1707-ci ildə anadan olub 1782-ci ildə vəfat etdiyi bildirilən Valentina bu qeyri-adi göstərici ilə rekordçu kimi qəbul edilir.
Bizim.Media xəbər verir ki, o, Rusiyanın Şuya şəhərindən olan kəndli Fyodor Vassilyevin ilk həyat yoldaşı olub. Həmin dövrdə doğuşa nəzarət üsullarının olmaması və çoxuşaqlılığın həm dini, həm də sosial baxımdan təşviq edilməsi ailələrin sayca böyük olmasına səbəb olurdu.
Mənbələrə görə, Valentina Vassilyeva ömrü boyu 27 dəfə doğuş edib. O, 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm dünyaya gətirərək ümumilikdə 69 uşağın anası olub.
İlk baxışda inanılmaz görünən bu faktın rəsmi sənədlərə əsaslandığı və "Guinness" Dünya Rekordları tərəfindən qeydiyyata alındığı bildirilir. Bu hadisə tarixdə ən maraqlı və müzakirə olunan rekordlardan biri kimi qalmaqdadır. (Milli.az)

Bizim.Media

- A-
- A
- A+
Dünya
10:03 / 22.02.2026
Dünyada ən çox uşaq doğan QADIN - FOTO
Hazırda oxunan: Dünyada ən çox uşaq doğan QADIN - FOTO
Hazırda oxunan: Dünyada ən çox uşaq doğan QADIN - FOTO
597606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































