Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatında ARTIM 

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatında ARTIM 

Hazırda oxunan: Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatında ARTIM 

59713

Bu ilin yanvar ayında Azərbaycanda 24 101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 19,3% çoxdur. 

Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, aylıq göstəricinin 4 101-i (17,02%-i) ilkin, 20 000-i (82,98%-i) isə təkrar qeydiyyatın payına düşüb. 

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 798-i fərdi yaşayış və bağ evi, 6 835-i mənzil, 12 534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır. 

Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO