Ermənistanda etirazlar davam edir.
Bizim.Media “News.am” saytına istinadla xəbər verir ki, 22 dekabr ölkədə ümumxalq tətili günü elan edilib.
Ermənistanın paytaxtı İrəvanın müxtəlif istiqamətlərindən Respublika Meydanına doğru yürüş edilib.
Baş nazirin istefasını tələb edən vətəndaşlar hökumət binasını əhatə etməyi planlaşdırırlar. Polis qüvvələri isə səhərdən bu ərazinin yaxınlığında cəmləşib.
Nikol Paşinyanın istefası tələbinə bir çox elm, idman və mədəniyyət nümayəndələri, Ermənistan Elmlər Akademiyası, İrəvan Dövlət Universiteti və ölkədəki bir sıra digər təhsil müəssisələrinin qatıldığı da vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:15 / 22.12.2020
Ermənistanda etirazçılar Respublika Meydanına yürüş etdilər
Hazırda oxunan: Ermənistanda etirazçılar Respublika Meydanına yürüş etdilər
Hazırda oxunan: Ermənistanda etirazçılar Respublika Meydanına yürüş etdilər
5969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.