BP

BP "Şahdəniz" yatağından bugünədək hasil olunan qaz və kondensatın həcmini açıqladı

Hazırda oxunan: BP "Şahdəniz" yatağından bugünədək hasil olunan qaz və kondensatın həcmini açıqladı

59678

"Şahdəniz" yatağından istismara verildiyi tarixdən 2021-ci ilin sonunadək 156 milyard kubmetrə yaxın qaz və 36 milyon tona yaxın kondensat hasil edilib.

Bizim.Media bu barədə bp-yə istinadən məlumat verir.

Qeyd edək ki, 2021-ci ildə "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilib. 2020-ci ildə bu göstəricilər müvafiq olaraq 18,1 milyard standart kubmetrə və 3,6 milyon tona (29 milyon barel) bərabər idi. Beləliklə, "Şahdəniz"də qaz hasilatı 27,07 faiz, kondensat hasilatı 11,11 faiz artıb.

İl ərzində "Şahdəniz yatağından" Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO