Mədəniyyət Nazirliyi “Şuşa İli”nə həsr olunan müsabiqə elan edib – 2000 AZN MÜKAFAT 

Mədəniyyət Nazirliyi “Şuşa İli”nə həsr olunan müsabiqə elan edib – 2000 AZN MÜKAFAT 

Hazırda oxunan: Mədəniyyət Nazirliyi “Şuşa İli”nə həsr olunan müsabiqə elan edib – 2000 AZN MÜKAFAT 

0:00
0:00
59654

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa İli”nə həsr olunmuş pyes müsabiqəsi elan edib. 

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir. 

Müxtəlif janrlı əsərlərin yazılmasına heç bir məhdudiyyətin olmadığı müsabiqənin şərtlərinə görə, bir müəllif yalnız bir əsər təqdim edə bilər, yarışmaya qatılmaq üçün yaş məhdudiyyəti yoxdur, əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq, qalib pyes müəllifi 2000 AZN məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq, iştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini [email protected] ünvanına göndərməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO