Palçıq vulkanlarına yeni avtomobil yolu inşa edilir – FOTO-VİDEO

Palçıq vulkanlarına yeni avtomobil yolu inşa edilir – FOTO-VİDEO

Hazırda oxunan: Palçıq vulkanlarına yeni avtomobil yolu inşa edilir – FOTO-VİDEO

59562

Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edir.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, yeni yol 3-cü texniki dərəcəyə uyğun inşa olunur. Onun uzunluğu 21 km təşkil edəcək. Torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni 8 metrdir.

Görülən işlər çərçivəsində torpaq yatağı və yol əsası inşa edilib, suötürücü borular yenilənib.

Hazırda yol boyu yeni asfalt-bet­on örtüyünün döşənməsi, yol çiyinlərinin tikintisi  işləri icra olunur. Yol nişanları, siqnal dirəkləri quraşdırılır.

Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO