Mikayıl Cabbarovun yeni birinci müavini kimdir? - DOSYE

Mikayıl Cabbarovun yeni birinci müavini kimdir? - DOSYE

Hazırda oxunan: Mikayıl Cabbarovun yeni birinci müavini kimdir? - DOSYE

59539

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. Prezidentin digər sərəncamı ilə o, iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, 38 yaşlı Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib.

2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Elnur Əliyev Mikayıl Cabbarovun birinci müavini təyin edildi - SƏRƏNCAM


Elnur Əliyev vaxtı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov Təhsil naziri ikən Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

E.Əliyev Vergilər Nazirliyində də Mikayıl Cabbarovla birgə çalışıb. 2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO